Şrift:
Azərbaycanla İtaliya arasında hərbi-texniki əməkdaşlıq müzakirə edilib
21.06.2024 [10:10] - Hərb
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.

Səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 358 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed