Şrift:
Niderlandın Baş naziri NATO-nun yeni Baş katibi olacaq
21.06.2024 [10:11] - Siyasət
Alyansın bütün 32 üzvü Niderlandın Baş naziri Mark Ruttenin hazırkı Baş katib Yens Stoltenberqin yerinə keçəcəyi ilə bağlı razılığa gəldikdən sonra Mark Rutte NATO-nun növbəti baş katibi olacaq.

Macarıstan və Slovakiyanın təsdiqindən sonra Rumıniya da Rutteyə dəstəyini təsdiqləyib.

Rumıniya Prezidenti Klaus İohannis NATO-nun Baş katibi postuna namizədliyini geri götürüb.

Milli Müdafiə Ali Şurasının iclası zamanı Prezident Klaus İohannis bildirib ki, o, NATO müttəfiqlərini öz namizədliyini geri götürməsi barədə xəbərdar edib.

O, oktyabrın 2-də səlahiyyətlərinin icrasına başlayacaq.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed