Şrift:
AVRO-2024: Serbiya son saniyədə 1 xal qazanıb
21.06.2024 [10:19] - İdman
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti oyunları keçirilir.

Günün ilk qarşılaşması C qrupunda baş tutub.

Belə ki, Bakı vaxtilə 17:00-da start götürən matçda Sloveniya və Serbiya milliləri üz-üzə gəliblər.

Oyunda hesabı 69-cu dəqiqə Sloveniya açıb. Karniçnik qapı qarşısına gələn pası qola çevirməyi bacarıb.

Son dəqiqələrə 0:1 geridə girən Serbiya Luka Yoviçin qolu ilə məğlubiyyətdən xilas ola bilib: 1:1.

AVRO-2024

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya - Serbiya 1:1

Qollar: Karniçnik (69), Yoviç (90+5)

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, "Alyans Arena".
Bu xəbər oxucular tərəfindən 328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed