Şrift:
Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub
24.06.2024 [10:24] - Hadisə
Yəməndə husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini qanadlı raket və pilotsuz dəniz aparatı vasitəsilə vurduqlarını açıqlayıblar.

Husilərin sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz dəniz aparatı ilə hədəf alındığını deyib.

Seri həmçinin “Stolt Sequoia” adlı başqa bir gəminin də Hind okeanında qanadlı raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlayıb.

Onun sözlərinə görə gəmilər "işğal olunmuş Fələstin limanlarına giriş qadağasını" (husilərin elan etdiyi qadağa) pozduqları üçün vurulublar.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed