Şrift:
Rutte: NATO-nun Baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir
27.06.2024 [10:07] - Gündəm
"NATO-nun Baş katibi vəzifəsinə təyin olunmaq böyük şərəfdir".

Bunu Niderlandın Baş naziri Mark Rutte "X" hesabında paylaşımında bildirib.

O vurğulayıb ki, alyans Avropanın kollektiv təhlükəsizliyinin təməl sütunudur və belə olaraq qalacaq.

"Bu təşkilata rəhbərlik etmək mənim üçün böyük məsuliyyətlə yanaşdığım bir öhdəlikdir. Mənə etibar etdikləri üçün bütün müttəfiqlərə minnətdaram. Mən son 10 ildə NATO-ya görkəmli liderlik etmiş və həmişə böyük heyranlıqla yanaşdığım Yens Stoltenberqin xələfi kimi oktyabr ayında bu vəzifəyə böyük həvəslə başlamağı səbirsizliklə gözləyirəm", - Mark Rutte paylaşımında bildirib.
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed