Şrift:
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinə təşəkkür edib
27.06.2024 [10:12] - Türk dünyası-Turan, Hərb
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin AVRO-2024-ün qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Türkiyə - Çexiya matçını böyük coşqu ilə izlədiyi videogörüntü paylaşıb.

Qardaş ölkənin rəsmi qurumu paylaşımda bunları qeyd edib:

"Can Azərbaycandan bizim uşaqlara tam dəstək! Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri milli futbol komandamızın 2:1 hesabı ilə qalib gəldiyi Çexiya matçını böyük həvəslə izləyib və Cenk Tosunun qələbə qoluna sevinib. Sağ ol, can Azərbaycan, sağ olun, Qarabağ aslanları. Biz həmişə birik!".
Bu xəbər oxucular tərəfindən 121 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed