Şrift:
Türkiyə Çexiyanı məğlub edərək 1/8 final mərhələsinə yüksəlib
27.06.2024 [10:14] - Gündəm, Türk dünyası-Turan, İdman
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Çexiya və Türkiyə milliləri üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunda türklər çexləri məğlub edib – 2:1.

Oyunun 51-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu hesabı açıb.

Qarşılaşmanın 66-cı dəqiqəsində Tomaş Souçek tarazlığı bərpa edib.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində Cenk Tosun komandasına qələbə qolunu qazandırıb.

Bununla da Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed