Şrift:
Rusiya müdafiə nazirinin müavini: Azərbaycan Ordusu ölkəsinin etibarlı qalası və qürurudur
27.06.2024 [10:15] - Hərb
Azərbaycan Rusiya Federasiyasının strateji tərəfdaşıdır.

Bunu Rusiya Müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışında bildirib.

Onun sözlərinə görə, xalqlarımızı çoxəsrlik sıx dostluq və ümumi qəhrəmanlıq tarixi bağlayır.

“Azərbaycan müstəqil xarici siyasəti olan dövlətdir. Güclü ordu güclü dövlətin etibarlı dayağıdır. Azərbaycan Silahlı Qüvvələri öz ölkəsinin etibarlı qalası və qürurudur. Silahlı qüvvələrdə xidmət təkcə şərəfli vəzifə deyil, həm də üstünlükdür. Qeyri-sabit beynəlxalq vəziyyətdə hər hansı bir dövlətin hərbi təhlükəsizliyinin təmin edilməsi məsələləri ön plana çıxır. Bu kontekstdə milli silahlı qüvvələrin hazırlıq səviyyəsi isə xüsusi aktuallıq qazanır”.

Fomin qeyd edib ki, Rusiya və Azərbaycanın müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələr getdikcə inkişaf edir və bu, Cənubi Qafqaz və Xəzər dənizi regionlarında təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

“Bu gün Rusiya Müdafiə Nazirliyi və müdafiə naziri adından sizi möhtəşəm bayram münasibətilə təbrik edir, uğurlar arzulayıram. Hamımıza əmin-amanlıq, mehribanlıq, cansağlığı və firavanlıq”, - Rusiya MN başçısının müavini yekunlaşdırıb.


Foto
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed