Şrift:
Azərbaycanlı güləşçi Avropa çempionu olub
08.07.2024 [11:57] - Gündəm, İdman
Azərbaycanın iki güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında uğurlu çıxış edib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sərbəst güləş üzrə 57, 65, 70, 79 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Vasif Bağırov (57 kiloqram) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipi ilə keçib. Güləşçimiz uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Vasif gümüş medalla kifayətlənib.

Nurudin Maqomedqadjiyev (79 kiloqram) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub.

Xetaq Karsanov (97 kiloqram) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar qələbə (5:4) qələbə qazanan Xetaq Avropa çempionu olub.
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed