Şrift:
NATO sualtı kabellərə hücumlar zamanı internetə çıxış yollarını axtarır
09.07.2024 [09:52] - Gündəm
NATO Avropanın dənizaltı kabellərinə hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin tapılması layihəsinin maliyyələşdirilməsinə dəstək verir.

Bu barədə “Bloomberg“ məlumat yayıb.
Məlumata görə, NATO-nun elm proqramı hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların dənizaltı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması üçün qrantı təsdiqləyib.

ABŞ, İslandiya, İsveç və İsveçrə alimləri tərəfindən hazırlanan layihənin ümumi dəyəri 2,5 milyon dollardır.

Alyansın elmi proqramının rəhbəri layihənin yaxın vaxtlarda icrasına başlanılacağını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 208 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed