Şrift:
Ərdoğan Şimali Kiprin TDT-nin Şuşa sammitinə qatılmasına münasibət bildirib
09.07.2024 [11:13] - Türk dünyası-Turan
Bizim düşüncəmizə görə, Şimali Kipr Türk Cümhuriyyəti onsuz da Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvüdür.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən öncə jurnalistlərə açıqlamasında bildirib.

“Başda xüsusən Azərbaycan olmaqla, onların yanaşması (Türk dövlətlərinin) bizim yanaşma ilə eyni mövqeyə gəlib çatıb. Şuşada keçirilən son sammitdə Şimali Kipr Türk Cümhuriyyəti də iştirak edib. Bundan sonrakı prosesdə bizlər Şimali Kipr Türk Cümhuriyyətini necə tamhüquqlu üzv edə bilərik, buna səy göstəririk”, - o qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed