Şrift:
ABŞ, İsrail və Fələstinin Rəfah keçid məntəqəsinin açılması ilə bağlı gizli danışıqlar apardığı bildirilir
18.07.2024 [10:16] - Siyasət
ABŞ, İsrail və Fələstinin yüksək vəzifəli nümayəndələri ötən həftə Təl-Əvivdə gizli danışıqlar aparıb və bu danışıqlarda Misir və Qəzza zolağının sərhədində yerləşən Rəfah keçid məntəqəsinin yenidən açılması müzakirə olunub.

Bu barədə “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Portalın yazdığına görə ABŞ rəsmiləri bildiriblər ki, nəzarət-buraxılış məntəqəsinin açılması, altı həftə müddətinə girovların mübadiləsini nəzərdə tutan sazişin birinci mərhələsinin həyata keçirilməsi üçün həlledici məqam ola bilər.

Məlumatda danışıqlar prosesində Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurkun, İsrailin Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Barın, Fələstin Dövlətinin Baş Kəşfiyyat Xidmətinin rəhbəri Məcid Fərəcin, Fələstinin mülki işlər naziri və Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin katibi Hüseyn əl-Şeyxin iştirak etdikləri bildirilir.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed