Şrift:
Rusiya ordusunda 3 yeni qoşun birləşməsi yaradılıb
21.08.2024 [10:37] - Gündəm
Rusiya ordusunda üç yeni qoşun birləşməsi yaradılıb.

Bu barədə adı çəkilən ölkənin müdafiə naziri Andrey Belousov Sərhədyanı Bölgələrin Təhlükəsizliyi üzrə Koordinasiya Şurasının iclasında bildirib.
O deyib ki, “Belqorod”, “Bryansk” və “Kursk” hərbi birləşmələri sərhədyanı əraziləri və bu bölgələrdə yaşayan vətəndaşların pilotsuz uçuş aparatları və digər vasitələrlə törədilən hücumlardan müdafiəsini təşkil edəcək.

A. Belousovun sözlərinə görə, bununla da Rusiya ordusunda hərbi birləşmələrin sayı doqquza çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed