Şrift:
Harris İsrail-Fələstin münaqişəsinin bitməli olduğunu deyib
30.08.2024 [10:57] - Siyasət
ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Fələstin-İsrail münaqişəsindən danışarkən müharibənin bitməli olduğunu deyib.

Harris bunu cümə axşamı CNN telekanalına müsahibəsi zamanı deyib.

"Biz atəşkəs və Qəzza zolağında girovların azad edilməsi haqqında razılığa gəlməliyik. Bu müharibə başa çatmalıdır", - deyə o bildirib.

Harris həmçinin bildirib ki, o, İsrail-Fələstin münaqişəsinin həlli üçün münaqişənin iki dövlətli həll prinsipinə sadiqdir.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed