Şrift:
“Nizami günləri” layihəsi çərçivəsində “Nizami muğam dünyası” adlı konsert təqdim olunub
16.09.2024 [10:05] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsi davam edir.

Nazirlikdən verilən məlumata görə, layihənin növbəti günündə “Nizami Muğam dünyası” adlı konsert proqramı baş tutub.

Beynəlxalq Muğam Mərkəzinin solistləri, xanəndələr Sevinc Sarıyeva, Elgiz Əliyev, Nisbət Sədrayeva tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubovun müşayiəti ilə "Dumanlı Təbriz” tamaşasından “Qönçələbin mahnısı”, “Şikəsteyi - fars təsnifi”, “Gəncədən fayton gəlir” mahnısını ifa ediblər.

Həmçinin gecədə Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti, Sahil Quliyevin bədii rəhbərliyi ilə Şirxan Cahangirov və Azər Verdiyev "Küçələrə su səpmişəm", Ələkbər Tağıyevin "Sənə qurban" mahnıları ilə çıxış ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed