Şrift:
"Elektron resept" sisteminin tətbiqi planlaşdırılır
13.03.2013 [10:50] - Gündəm, Sosial, Sağlıq
Bir çox ölkələrin o cümlədən Azərbaycanın üzləşdiyi problemlərdən biri də dərman məsələsidir. Bu gün apteklərdə reseptsiz dərman preparatları satılır. Dərmanla yaranmış problemin qarşısını almaq məqsədilə Səhiyyə nazirliyi tərəfindən xüsusi tədbirlər həyata keçirilir. Nazirlikdən verilən məlumata görə, "Elektron resept" sisteminin tətbiqi planlaşdırılır. Bu sisteminin tətbiqi həm elektron səhiyyənin inkişafına, həm də ölkədə qeyri-qanuni satılan dərman preparatlarının satışdan çıxarılmasına yönəlib. Bu sistemin yaradılması o qədər də asan məsələ deyil. Bu işdə xəstəxanaların, apteklərin, sığorta şirkətlərinin və xəstələrin rolunu nəzərə almaq lazımdır.
Bunların hamısının bir sistemdə cəmləşdirilməsi və komplektləşdirilməsi isə müəyyən qədər vaxt tələb edən sistemdir. Hazırda elektron resept sistemi ilə əlaqədar araşdırmalar aparılır və yalnız müəyyən nəticələr əldə edildikdən sonra konkret addımlar atılacaq. 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində Nazirlər Kabineti tərəfindən Səhiyyə Nazirliyinə aid edilən 38 elektron xidmət növündən 25-nin hazırlanaraq mərhələ-mərhələ vətəndaşların ixtiyarına verilməsi nəzərdə tutulub.
Hazırda ambulator xidmət göstərən tibb müəssisələrindən həkimlərin evə çağırışı və həkim qəbuluna elektron yazılma xidmətinin hazırlıq prosesi yekun mərhələdədir. Həmçinin tibbi arayışların və ümumi reyestrdən doğum haqqında şəhadətnamənin verilməsi kimi tibbi xidmətlər də elektronlaşdırılır.

Aytən İsaqızı
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed