Şrift:
Bayram bəy doğum günün Mübarək olsun!
15.03.2014 [10:24] - Gündəm, Siyasi partiyalar, Bildiriş
Bu gün MDHP sədrinin müavini, uzun illərdən bəri Azərbaycanın bütövlüyü və müstəqilıyi uğrunda mücadilə aparan və bu müqəddəs yolda bütün çətinliklərdən anlı açıq çıxan əqidə yoldaşımız Bayram Abbasovun 58 yaşı tamam olur.
Abbasov Bayram Abbas oğlu 15 mart 1956-cı ildə Qərbui Azərbaycanın Zəngibasar bölgəsinin Uluxanlı kəndində anadan olub. Yüz ildən yuxarı tarixi olan, yetişdirdiyi məzunları ilə ad qazanmış Uluxanlı orta məktəbini bitirdikdən sonra, Dnepropetrovski Dəmir Yolu Mühəndisləri İnstitununda təhsilini davam etdirib. Azərdaycan Dəmir Yolları İdarəsində adi çilingərdən Dəmir Yolları İdarəsinin rəisinin müavini vəzifəsinə qədər yüksələn 23 illik bir həyat yolu keçib.
1988-ci ildən Meydan Hərakatına qoşulub. AXC-nin yaranmasında və təsis edilməsində böyük rolu olub. AXC Nəsimi rayon şöbəsini yaradanlardan və həmən rayon şöbəsinin ilk idarə heyyəti üzvlərindən biri olub. AXC-nin Məclis üzvü və qurultaylarında nümayəndə kimi fəal olub. SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyinin qazanılmasında böyük önəm daşıyan tətillərə rəhbərlik edən və Azərbaycan Dəmir Yolu tətil hərəkatının təşkilatçılarından olan Bayram Abbasov, Əbülfəz Elçibəyin 1989-1992-ci illərdə Dəmir Yolları üzrə səlahiyyətli nümayəndəsi və Xalq Hərəkatı mühafizə komitəsinin rəhbərlərindən biri, eyni zamanda könüllü döyüş batalyonlarının yaradıcılarındandı.
Bayram Abbasov 1993-cü il 10 oktyabrdan – 1999-cu il 20 noyabra qədər siyasi məhbus kimi məhbəs həyatı yaşayıb.
Mili Dirçəliş Hərəkatı Partiyasının yaradıcılarından biri, MDHP Sədrinin müavinidir. Üç övladı var.
Milli Dirçəliş Hərəkatı Partiyası-ın rəhbərliyi və "davam.az" kolektivi adından Bayram bəyi döğum günü münasibətilə səmim qəlbdən təbrik edir Ona uzun ömür,cansağlı arzulayırıq.
Bayram bəyə Azərbaycanın bütövlüyü uğrunda apardıqı müqəddəs mübarizədə uğurlar və qələbə arzulayırıq.

Milli Dirçəliş Hərəkatı Partiyası və "davam.az" kollektivi.

15.Mart 2014-cü il
Bu xəbər oxucular tərəfindən 1519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed