Şrift:
Mübariz İbrahimovun şəhid olmasının ildonümü
07.11.2011 [16:24] - Hərb, Özəl xəbər
Noyabrın 7-si Azərbaycan Respublikasının milli qəhrəmanı Mübariz İbrahimovun şəhid olmasının ildonümüdür

Ermənistanda Mübariz İbrahimov haqda danışmağa yasaq qoyulub



54 erməni əsgərini təkbaşına öldürən və 2 erməni generalını istefa vermək məcburiyyətində qoyan Milli Qəhrəmanımız 7 noyabr Il dönümünü qeyd etdik.
Mübariz İbrahimov 5 saat təkbaşına döyüşərək 54 erməni əsgərini öldürüb. Ermənistan Müdafiə Nazirliyinin 2 general və 8 zabitinin ordudan qovulması Azərbaycan əsgəri qarşısında ermənilərin acizliyi ilə izah olunur. Bu əsnada isə Mübariz İbrahimovun şəhadəti ilə yeni bir xəbər də gündəmə gəlib. Bu barədə yayılan xəbərlərdə deyilir ki,2010 cu il iyunun 18-dən 19-na keçən gecə baş vermiş döyüş nəticəsində Milli Qəhrəman təkbaşına cəbhə xəttini yararaq düşmənin arxasına keçməyi bacarıb. Ardından isə Çaylı kəndinin içində yerləşən düşmənin hərbi hissəsinə daxil olaraq oradakı silah anbarını partladıb.
Partlayış nəticəsində düşmənin 54 əsgərinin öldüyü bildirilir. , Mübariz partlayışdan sonra ərazini tərk etməyə çalışsa da, düşmənin diqqət mərkəzindən çıxa bilməyib. Tək olmasına baxmayaraq, döyüşdən qaçmayan Milli Qəhrəmanımız 5 saat qeyri-bərabər qarşıdurmada duruş gətirməyi bacarıb. Bu zaman daha 5 düşmən əsgərini yerindəcə öldürən, 4-nü isə ağır yaralayan Mübariz Çaylı kəndinin içində pusquya salınıb.
Hər tərəfdən sıxışdırılan qəhrəman əsgərimiz kəndin içindəki tikanlı məftillərdən ibarət maneəni keçə bilmədiyindən bir qədər ləngiyib və həmin ləngimə zamanı ermənilərin açdığı kütləvi atəşə məruz qalıb. Nəticədə, başından və sol ərəfindən aldığı 3 güllə yarasından dünyasını dəyişib.
Etiraf edək ki, əsgərimizin bu qədər ermənini təkbaşına öldürməsi bəzilərində şübhə yaratsa da ortada hərbi hissənin partladılması faktı var, deməli bundan da artıq ölüm halının ola biləcəyi mümkündür. Çünki silah anbarının partladılması təkcə onu qoruyan 10-a yaxın əsgərin ölümü deməkdir. Və partlayışın yaxınlığa təsiri də diqqətdən qaçmamalıdır. Amma maraqlı xəbərlər bununla da bitməyir. Bu əsnada məlum olub ki, hadisədən dərhal sonra Ermənistan tərəfi faktla bağlı cinayət işi qaldırıb. Ermənistan Hərbi Prokurorluğunun yaydığı məlumatda isə deyilir ki, Çaylı kəndində baş vermiş hadisə zamanı 6 əsgər ölüb, 4-ü isə yaralanıb. Amma bu məlumatın yalan olduğu barədə xəbərlər yayan erməni mətbuatı bildirir ki, ölüm hallarının sayı çoxdur və İrəvan hökuməti baş vermiş hadisədən ciddi şəkildə narahatdır.
Məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi bu yaxınlarda geniş kollegiya iclası keçirib. Müdafiə naziri Seyran Ohanyan həmin tədbirdə çıxışı zamanı bütün hərbçiləri ağır şəkildə təhqir edərək, onlardan daha ayıq olmağı tələb edib. Məlumatlarda o da iddia olunur ki, Ohanyan bir Azərbaycan əsgərinin təkbaşına belə bir hadisə törətməsinin qarşısını almağa gücləri çatmayan generallardan istefa vermələrini tələb edib. Ardından isə 2 erməni general ordu sıralarından istefa verdiyini açıqlayıb.
Nəzərinizə çatdıraq ki, bu artıq rəsmi qaydada təsdiqlənmiş faktdır. Həmçinin o da məlumdur ki, təkcə iki general yox, daha 8 yüksək çinli erməni zabiti də ordudan qovulub. Bundan başqa, Mübariz İbrahimovun ərazisinə daxil olduğu hərbi hissənin komandirinin isə həbs olunub. Mübiraz necə deyərlər onlara təkbaşına onlara dağ çəkdi, ermənilər hələ də biz də bu cür əsgərlərin yetişdiyini həzm edə bilmirlər. Bu ermənilərə bir xəbərdarlıq oldu, çünki Azərbaycan ordusunda Mübiraz kimi oğullarımız çoxdur.
Bu xəbər oxucular tərəfindən 1349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed