Şrift:
Bakıda Şərq-Qərb Mədəniyyət Nazirlərinin I görüşü keçiriləcək
15.04.2013 [12:19] - Gündəm, Bildiriş
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dünyada ilk dəfə olaraq Bakıda Şərq-Qərb Mədəniyyət Nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, forumda beynəlxalq qurumların rəhbərləri, hökumət başçıları, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri, diplomatlar iştirak edəcəklər.

Qeyd edək ki, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed