Şrift:
Iranda Azərbaycan Beynəlxalq Velosiped Turunun adından “Azərbaycan“ sözü götürüldü
26.04.2013 [10:58] - Güney Azərbaycan xəbərləri, İdman
“Azərbaycan Beynəlxalq Velosiped Turu”nun 28-ci dövrünün loqosunda onun adı “İran turu” vəya “Tour of Iran” ilə dəyişdirildi.

Azərbaycan Beynəlxalq Velosiped Turu 1986-cı ildən Asiya Velosiped federasiyasında “International Azerbaijan Tour” vəya “Azərbaycan Beynəlxalq Turu” kimi qeyd olunur.

Qeyd edək ki, şərhçilər İran rejiminin bu əməlini “Traxtur-Əlcəzirə” futbol müsabiqəsində azərbaycanlılar tərəfindən “Güney Azərbaycan İran deyil” plakatını qaldırması ilə əlaqələndirirlər. İran bununla Azərbaycanın adının dünyada gündəmə gəlməsinin qarşısını almağa çalışır.
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed