Şrift:
“Traxtur” rəqibini şumladı
06.05.2013 [16:09] - Gündəm, İdman
GünAz TV: “Traxtur”la “Alüminium” takımları arasında başladılan futbol müsabiqəsi bu dəqiqələrdə “Traxtur”un qələbəsi ilə yekunlaşdı.
İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 33-cü həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Traxtur” tərəfindən 2 qol vuruldu. İkinci hissədə isə “Alüminium” oyunçusu 1 qol vurmağa nail oldu.

“Traxtur” tərəfindən Seyid Mehdi Salehi 15, Cavad Kazimiyan 35 və “Alüminium” tərəfindən Milad Meydavudi 50-ci dəqiqədə 1 qol vurdu.

Bununlada “Traxtur-Alüminium” müsabiqəsi (2 - 1) hesabı ilə “Traxtur”un xeyirinə sona çatdı. Bu nəticədən sonra cədvəlində ikinci yerində yer alan “Traxtur” takımı “Sepahan”ın bir addımlığında yer aldı və gələcək asiya çempionlar liqası oyunlarına ümidi artdı.

N.S
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed