FƏRƏC ULUSOY - 50 / Fotolent
FƏRƏC ULUSOY - 50 / Fotolent
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə geniş vüsət almış Xalq Cəbhəsi hərəkatının fallarından olmuş, Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri və Əbülfəz Elçibəyin birinci müavini kimi fəaliyyət göstərmiş, Azərbaycanın Müstəqillik aktının hazırlanmasında fəal iştirak etmiş, 1990-cı ildə Azərbaycanın Ali Sovetinə deputat seçilmiş, döyüşçü, 8 il siyasi məhbəs həyatı yaşamış, ölkə həyatında baş verən proseslərdən heç vaxt kənarda qalmamış, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi qanun yaradıcılığı işində səmərəli fəaliyyət göstərən, Milli Məclisin Türkiyə, Belçika, Qazaxıstan, Litva, Moldova, Rumıniya və Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri FƏRƏC İBRAHİM OĞLU QULİYEVİİN 22 dekabr 2012-ci ildə 50 illik yubiley tədbiri keçirilib.
FƏRƏC BƏYİN = 50 = və MDHP-nin = 10 = illik YUBİLEY tədbirində: Azərbaycan Parlamentindən, Qərbi Azərbaycandan, Güney Azərbaycandan, Borçalıdan, Dərbəntdən, Türk dünyası təşkilatlarından dəvətlilər iştirak ediblər.
FƏRƏC BƏYİN = 50 = və MDHP-nin = 10 = illik YUBİLEY tədbirindəki FOTOŞƏKİLLƏR:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev birinci PARLAMENT dönəmində / FOTOLENT
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev birinci PARLAMENT dönəmində / FOTOLENT
1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanır. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalırdı, onun milli ləyaqəti tapdalanırdı. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi.
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.