Şrift:
S-400 zenit-raket sistemlərinin Türkiyəyə ikinci tədarükü 2020-ci ildə başlayacaq
31.07.2019 [15:44] - Gündəm, Türk dünyası-Turan
S-400 zenit-raket sistemlərinin ikinci partiyasının Türkiyəyə tədarükü 2020-ci ildə başlayacaq. Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir TGRT telekanalında müsahibəsində bəyan edib.

İ.Dəmir qeyd edib ki, zenit-raket sistemləri Türkiyənin özü tərəfindən idarə olunacaq. Onun sözlərinə görə, ABŞ bu sistemlərin F-35 qırıcıları ilə uyğun gəlmədiyi barədə heç bir sübut göstərə bilməyib. Türkiyə rəsmisi vurğulayıb ki, S-400-lərlə yanaşı, onun ölkəsi bir sıra hava hücumundan müdafiə texnologiyaları da əldə edəcək və onlar raket əleyhinə müdafiə sistemində istifadə olunacaq. Bundan başqa, Türkiyə ballistik raketləri vura biləcək “Hisar-A”, “Hisar-O” və “Sipər” adlı raket komplekslərinin istehsalını da planlaşdırır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da S-400 zenit-raket sistemlərinin tədarükünün gələn ilin aprelində başa çatacağını bildirib.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed