Şrift:
Ştefan Füle Ukraynanın Aİ-yə qəbul olunmasını təklif edib
18.03.2014 [13:28] - Xəbərlər, Siyasət
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqı tərkibinə qəbul olunması haqqında öz təklifini təsdiq edir. Bununla belə bu qərarın qəbulu üçün Avropa İttifaqının bütün üzv dövlətləri bu məsələdə yekdil mövqeyi nümayiş etdirməlidirlər. Bu barədə RBK "Deutsche Welle"-yə istinadən xəbər yayıb.
Aİ-nin Genişləndirmə və Mehriban Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Almaniyanın "Die Welt" qəzetinə müsahibəsində deyib: "Əgər biz hazırkı hadisələrin baş verdiyi Şərqi Avropanın həmin hissəsini ciddi şəkildə dəyişdirmək istəyiriksə, onda biz Aİ-nin malik olduğu ən güclü siyasi alətdən istifadə etməliyik. Bu, genişləndirmədir. Bu, misli-bərabəri olmayan effektə və sabitləşdirici qüvvəyə malikdir".
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed