Şrift:
Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə minik avtomobilləri təqdim edilib
03.05.2014 [12:19] - Gündəm, Sosial
Azərbaycan Prezidenti İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, mayın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanmış daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə "Naz-Lifan" markalı minik avtomobilləri verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son bir ayda cari ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 400 nəfəri avtomobillə təmin olunub, qalan şəxslər isə bu ayın sonuna qədər avtomobillə təmin olunacaq. Ümumilikdə isə indiyədək Azərbaycanda 4206 nəfər əlilliyi olan şəxsə dövlət tərəfindən minik avtomobili verilib.
Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi proseslərinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə müşayiət olunduğunu vurğulayıblar. Onlar əlilliyi olan şəxslərin maddi təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən ardıcıl işlərə görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed