Şrift:
BMT məcburi köçkünlərimizlə maraqlanır
16.05.2014 [11:55] - Gündəm, Sosial
BMT-nin xüsusi məruzəçisi ölkəmizdə məcburi köçkünlərin vəziyyətini öyrənmək üçün Azərbaycana səfər edəcək

Azərbaycan BMT-nin xüsusi məruzəçisi Çaloka Beyani ölkəmizdə məcburi köçkünlərin vəziyyətini öyrənmək üçün mayın 18-də Azərbaycana səfərə gələcək.

Bu barədə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən AzərTAc-a bildirilib. Mayın 24-dək davam edəcək səfər zamanı Ç.Beyani Bakı və Sumqayıt şəhərlərinə, o cümlədən məcburi köçkünlərin sıx məskunlaşdıqları qəsəbələrə baş çəkəcək.

Xüsusi məruzəçi digər tərəflərlə bərabər, Azərbaycan Hökuməti, BMT tərəfdaşları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcək.

Ç.Beyani mayın 23-də BMT-nin Azərbaycandakı nümayəndəliyində keçirəcəyi mətbuat konfransında ilkin müşahidələrini media nümayəndələri ilə bölüşəcək.

Hesabatın yekun nüsxəsi 2015-ci ilin iyun ayında İnsan Hüquqları Şurasına təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed