Şrift:
Orta məktəblərdə 3000-dək vakant müəllim yeri var
24.06.2014 [11:08] - Gündəm, Sosial
Orta məktəblərdə 3000-dək vakant müəllim yeri var
Azərbaycanda növbəti tədris ili üçün orta məktəb və peşə liseylərində 3 000-dək vakant müəllim yerinə işə qəbul elan ediləcək. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, vakanat müəllim yerləri barədə məlumatlar iyulun 1-də açıqlanacaq.
Növbəti tədris ili üzrə 1149 nəfər müəllim iş yerlərini dəyişmək üçün elektron ərizə ilə nazirliyə müraciət edib. Onlardan 742 nəfərin ərizəsi təsdiq olunub və müsabiqəyə buraxılıb.
İş yerlərini dəyişmək istəyən müəllimlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və tarix müəllimləri üstünlük təşkil edir.

Müraciətlərin əksəriyyəti Bakı şəhərinə yerdəyişmə üçün edilib. Bununla yanaşı, iş yerinin bir rayondan digərinə dəyişdirilməsi ilə bağlı müraciətlər də kifayət qədər olub
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed