Şrift:
Azərbaycanda qadın oğurluqları əsasən nə ilə bağlıdır?
04.07.2014 [11:34] - Gündəm, Sosial
Statistik rəqəmlərə əsasən, Azərbaycanda qadınlar daha çox evlənmək məqsədi ilə oğurlanır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ötən il Azərbaycanda qadınlara və yetkinlik yaşına çatmayanlara qarşı qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində baş vermiş 713 cinayətin 14-ü adam oğurluğu ilə bağlı olub. Adam oğurluğu ilə bağlı olan cinayətlərin 11-i evlənmək məqsədi ilə edilib.
Adam oğurluğu cinayətlərinin 5-i uşaq oğurluğu olub ki, onun da 3-ü evlənmək məqsədilə törədilib.
Ümumilikdə isə Azərbaycanda qadınlara qarşı törədilən adam oğurluğu cinayətlərinin sayı azalıb. Belə ki, 2012-ci ildə Azərbaycanda qadınlara qarşı 19, 2011-ci ildə 16 adam oğurluğu cinayəti törədilib. 2012-ci ildəki adam oğurluğu hallarının 18-i, 2011-ci ildə isə 16-ı da evlənmək məqsədi ilə olub.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed