Şrift:
Həsən Ruhani İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb
27.09.2014 [12:29] - Güney Azərbaycan xəbərləri, Siyasət
Irana qarşı tətbiq edilən sanksiyalar heç bir nəticə vermir, onlar aradan qaldırılmalıdır.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bunu İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Sanksiyalar heç vaxt əməli alət olmayıb. İstənilən razılaşma onların ləğvini nəzərdə tutmalıdır”, deyə Ruhani bildirib. Onun sözlərinə görə, sanksiyalar Tehranı nüvə proqramından əl çəkməyə məcbur edə bilməz.

İranın nüvə problemi ilə əlaqədar “altılıq” ölkələri ilə dialoqa toxunan Ruhani bildirib ki, danışıqlarda cüzi irəliləyiş olub: “Prosesi sürətləndirmək lazımdır, vaxtımız çox məhduddur”.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed