Şrift:
Urmiyədə etiraz aksiyasında tutulanlar var
18.10.2014 [11:52] - Güney Azərbaycan xəbərləri
Oktyabrın 16-da Güney Azərbaycanın Urmiyə şəhərində terrorizmə qarşı kütləvi etiraz aksiyası keçirilib.
Bir neçə gün öncədən elan olunan etiraz aksiyasına polis qüvvələri müdaxilə edib və nəticədə bir neçə etirazçı polis qüvvələri tərəfindən döyülüb və onlarla etirazçı tutuqlanıb. Şahidlərin dediyinə görə, tutulanlar ÇarBaş xiyabanında yerləşən Polis idarəsinin təhlükəsizik bölümünə intiqal edilib.

Öncədən vaxtı elan edilən yürüş yerli vaxtla saat 17 radələrində başlayıb. Yürüş Mahabad yeməkxanasının qarşısından yəni Urmiyənin böyük mə`scidinin yanından başlayıb və İmam xiyabanına tərəf irəlləyib.

Aksiyada “Ölüm Olsun Ocalana”, “Şəhidlər ölməz – Vətən bölünməz”, “Türk torpağı ayrılmaz”, “PKK-ya ölüm, “Pjaka ölüm” və və s. kimi şüarlar səsləndirilib.

Etiraz aksiyasının keçiriləcəyi bundan öncə elan edilmişdir və yerli vaxtla saat 17:00-da başlanılacağı bildirilmişdir. O üzdən saat 16 radələrində Urmiyədə mobil telefonları şəbəkəsində problem yaşanmağa başladı və əhali bir-biri ilə telefon əlaqəsi saxlamaqda çətinlik çəkirdi. Bu müddətdə internetin də sürəti aşağı düşüb. Günorta vaxtlarından Urmiyəyə Təbriz, Xoy və Sulduz tərəfindən gələn giriş yolları ciddi nəzarətə altına alınıb.

Fəallar tərəfindən başladılam aksiyaya minlərlə soydaşımız qatılıb.

Qeyd edək ki, sözü gedən etiraz aklsiyasına səbəb son zamanlar, xüsusi ilə Suriyanın Eynul Ərəb (Kobani) şəhəri və onun ətraf ərazilərində -İŞİD (İraq və Şam İslam Dövləti) terrorçuları ilə kürd qüvvələri və PKK terrorçuları arasında savaş başladıqdan sonra- kürd terrorizmi yanlılarının Qərbi Azərbaycanda aktivləşməyə başlamasıdır. Onlar son günlərdə Mahabad (Soyuqbulaq) və Urmiyə şəhərində Türkiyənin Eynol Ərəb siyasətini bəhanə edərək bir neçə etiraz aksiyasi keçirib və bölgəni qarışdırmağa cəhd ediblər. Lakin dünənki aksiyanın tərsinə olaraq, İranın təhlükəsizlik qüvvələri kürdlərin keçirdiyi aksiyaya müdaxilə etməyib və onların yürüşü polis qüvvələrinin müşayiəti ilə həyata keçirilib.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed