Şrift:
Rusiya, Ukrayna, Almaniya və Fransa Berlində toplaşır
06.03.2015 [11:51] - Xəbərlər, Gündəm, Siyasət
Ukraynadakı vəziyyəti müzakirə ediləcək

Bu gün Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüşdə əsasən Ukraynanın şərqindəki vəziyyət müzakirə olunacaq.

Növbəti addım 3 həftə əvvəl əldə edilən Minsk razılığının şərtlərinin həyata tətbiqi olacaq. Görüşdə ölkələrin xarici işlər nazirləri və onların müavinləri iştirak etməlidir.

Kiyev üsyançıların fevralın 15-də qüvvəyə minən atəşkəsə riayət etmədiyini, Donetsk və Mariupol şəhərlərində qüvvələrin toplaşdığını bildirir.

Polşanın Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Koziej deyib ki, Ukrayna qüvvələrinin möhkəmləndirilməsi Avropa, Ukrayna və Polşanın maraqlarına xidmət etməklə yanaşı, Ukraynanın şərq regionunda deskalasiyaya yardım edə bilər.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed