Şrift:
Ziyafət Əsgərov: Beynəlxalq münasibətlərdə böhran yaşanır
07.05.2015 [11:56] - Xəbərlər, Siyasət
"Hazırda beynəlxalq münasibətlərdə böhran yaşanır. Azərbaycan nə qədər səmimiyyət göstərirsə, o qədər də bəzi dövlətlər və beynəlxalq təşkilatlar üstümüzə gəlirlər". Bunu jurnalistlərə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını şərh edərkən parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, I Avropa Oyunları ilə bağlı bir sıra dövlətlər və QHT-lər qarayaxma kampaniyasına qoşulublar: "Biz hələ bir neçə il əvvəl "Avroviziya" mahnı müsabiqəsini keçirəndə qarayaxma kampaniyasının şahidi olmuşuq. Təəssüf ki, qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Əslində, I Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərimizə götürdüyümüzə görə, bizə təşəkkür etməlidirlər. Ancaq biz bunun tamam əksini görürük. Bunlar hamısı əbəsdir".
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed