Şrift:
Azərbaycan XİN təsdiq etdi: Arif Məmmədov İƏT-in səfiri vəzifəsindən geri çağırılıb
16.06.2015 [00:09] - Gündəm, Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı (Aİ) yanında səfiri vəzifəsindən geri çağırıldığını təsdiq edib.

Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı deyib.

Onun sözlərinə görə, bu barədə İƏT Baş Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə ünvanladığı məktubda qeyd olunur.

K.Süleymanlı məktubdan sitat gətirir: "İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Arif Məmmədovun İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi kimi fəaliyyətinin dayandırılması haqqında notasına cavab olaraq bildirir ki, A.Məmmədov artıq heç bir formada təşkilatı Aİ-də təmsil etmir".
Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed