Şrift:
Pakistan Azərbaycanla əlaqələrin möhkəmlənməsini istəyir
14.08.2015 [11:42] - Xəbərlər, Siyasət
Pakistanla Azərbaycan arasında qardaşlıq və dostluğa əsaslanmış köhnə və möhkəm əlaqələr var. Bunu Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri ölkə müstəqilliyinin 69 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Səfir bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Pakistanın dəstəyini qiymətləndirir: “Pakistan da Kəşmir məsələsində Azərbaycanın dəstəyini qiymətləndirir. Pakistan sülhsevər ölkədir. Biz istəyirik ki, bütün münaqişələr sülh yolu ilə həll olunsun. Azərbaycan və Pakistan arasında əməkdaşlıq gələcəkdə də inkişaf edəcək”.

Diplomat həmçinin Pakistanın sosial problemlərinin həllində Azərbaycanın dəstəyini və verdiyi töhfəni yüksək qiymətləndirib.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed