Şrift:
Çinin Tyantszin şəhərində baş vermiş partlayışlarla bağlı 12 nəfər həbs edilib
27.08.2015 [10:23] - Gündəm, Hüquq
Çinin Tyantszin şəhərində sənaye zonasında baş vermiş məlum partlayışlarla bağlı 12 nəfər həbs edilib.

“Sinxua” agentliyinin verdiyi məlumata görə, saxlanılanlar arasında “Tianjin International Ruihai Logistics” şirkətinin başçısının olduğu bildirilir.

Qeyd edək ki, partlayışlar baş verdiyi anbar adıçəkilən şirkətə məxsusdur. Faciəvi insidentlə əlaqədar həmçinin şirkət rəhbərinin müavini və 3 top-menecer həbs olunub.

Son məlumatlara əsasən, Tyantszin şəhərində kimyəvi maddələr saxlandığı anbarda baş verən bir neçə partlayış nəticəsində ölənlərin sayı 139-a çatıb, yüzlərlə insan xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed