Şrift:
Türkiyəli eks-depuatat: ATƏT PA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır
24.09.2015 [12:33] - Xəbərlər, Siyasət
ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi qərəzli qərardır.

Bunu CHP-dən olan sabiq parlament deputatı Mustafa Kabakçı deyib.

Onun sözlərinə görə, əgər ATƏT PA Azərbaycanda nəyinsə düzgün olmadığını hesab edirsə, ölkəyə gəlməli və bunu yerində dəqiqləşdirməlidir.

M. Kabakçı qeyd edib ki, Avropada Türkiyəyə, Azərbaycana və bütün türk dünyasına qarşı stereotiplər mövcuddur:

"Avropa Azərbaycanı ləkələmək əvəzinə azərbaycanlı qaçqınların tarixi torpaqlarına qayıtması üçün ciddi addımlar atmalıdır".
Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed