Şrift:
Azərbaycanda 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
09.10.2015 [10:14] - Gündəm, Siyasət
Azərbaycanda indiyə qədər 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün Komissiyanın iclasında deyib.

M.Pənahov qeyd edib ki, bu göstərici 1 yer uğrunda təxminən 10 namizədin mübarizə aparacağı deməkdir.

Deputatlığa namizədliyi qeydə alınanlardan 274 nəfərin namizədliyi 15 partiya tərəfindən, 18 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, digərlərinin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb.

MSK sədri deyib ki, indiyə qədər Komissiyaya daxil olan 23 müraciətdən 9-u təmin edilib, 14 müraciət isə təmin olunmayıb.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed