Şrift:
Vladimir Jirinovski yazda Üçüncü Dünya Müharibəsinin olacağını söyləyib
01.02.2012 [13:25] - Gündəm
Rusiya Federasiyasının tərkibində olan Şimali Qafqaz Respublikaları gələcəkdə Moskvadan ayrılacaq
Rusiyada Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yazda Üçüncü Dünya Müharibəsinin olacağını söyləyib.
Rusiyanın “NTV” televiziyasına açıqlama verən Jirinovski bildirib ki, düşmən Rusiyanın cənubundadır. Onun sözlərinə görə məhz həmin ərazilərdə müharibə olacaq: “Əfqanıstan, Türkiyə, İran, Ərəb ölkələrində yazda dəhşətli döyüş başlayacaq”. Qatı rus milliyyətçisi qeyd edib ki, ordunu cənub cəbhəsinə istiqamətləndirmək lazımdır: “Bir qərargahı Daşkənd, digərini isə Bakıda quraraq ölkəmizə ola biləcək hücumu gözləməliyik”.
“Rusiya və milli məsələ” mövzuya həsr olunmuş proqramda danışan Jirinovski deyib ki, Rusiya Federasiyasının tərkibində olan Şimali Qafqaz Respublikaları gələcəkdə Moskvadan ayrılacaq: “Onlar Rusiyadan qopacaq və bizdən ayrılacaq. Onlar türklərə, iranlılara və müsəlmanlara yaxındır. Heç zaman bizimlə qalmayacaq”.
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed