Şrift:
İnterpolun axtarışında olan azərbaycanlı qadın həbs olundu
05.11.2015 [11:33] - Gündəm, Hüquq
Bakıda beynəlxalq axtarışda olan qadın tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən daxil olan məlumata görə, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə axtarılan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva tutulub.

Ə.Mirzəyeva Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində tutulub.

Saxlanılan şəxs Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.
Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed