Şrift:
Obama İrana münasibətdə milli fövqəladə vəziyyətin vaxtını daha bir il uzadıb
12.11.2015 [10:26] - Gündəm, Siyasət
ABŞ prezidenti Barak Obama noyabrın 10-da ABŞ Konqresinə məktub yazaraq Tehranla Vaşinqton arasındakı münasibətlərin hələ də normallaşmadığını nəzərə alaraq İrana münasibətdə “milli fövqəladə vəziyyət”in vaxtını daha bir il müddətinə uzatdığını bildirib.
Obamanın ABŞ Konqresinə yazdığı məktubda deyilir ki, o, 1979-cu il noyabrın 14-də İranda yaranmış duruumun ölkənin milli təhlükəsizlik, xarici siyasət və iqtisadiyyatına təhdid olduğunu göstərən 12170 nömrəli fərmanı əsas götürərək milli fövqəladə vəziyyətin vaxtını daha bir il müddətinə uzadır.

Qeyd edək ki, 12170 nömrəli fərman, 1979-cu il noyabrın 14-də, yəni ABŞ-ın Tehrandakı səfirliyinin işğal olunaraq amerikalı diplomastların radikal islamçılar tərəfindən girov götürülməsindən 10 gün sonra ABŞ-ın keçmiş prezidenti Cimmi Karter tərəfindən imzalanaraq onun tətbiqinə başlanılıb.

Bu fərmanın imzalanması ilə ABŞ-ın Maliyyə Nazirliyinə İranın ABŞ-dakı maliyyə hesablarının, o sıradan da banklarda və xarici şöbələrdəki hesablarının dondurulması barədə göstəriş verilib.
Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed