Şrift:
Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirməyin tərəfdarıdır
09.12.2015 [12:55] - Siyasət
Pakistan siyasi, iqtisadi, mədəni və müdafiə sahələrində Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Pakistanın "The Nation" nəşrinin verdiyi məlumata görə, bunu Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşdə deyib.

Görüş zamanı Prezident təhlükəsizlik sahəsində iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

M.Hüseyn qeyd edib ki, Pakistan nüfuzlu hərbi təhsil müəssisələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının hazırlığını davam etdirəcək.

Prezident, həmçinin Cəmmu və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Bu xəbər oxucular tərəfindən 518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed