Şrift:
Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib.
27.12.2015 [14:07] - Gündəm, Siyasət
O, Laxor şəhərində Hindistanın Baş naziri Nəvaz Şərif ilə görüşüb, onu ad günü münasibətilə təbrik edib. Bu barədə RİA Novosti agentliyi xəbər verir.

Görüşdə Kəşmir məsələsi ilə bağlı uzun illərdir ki, münasibətləri korlanan iki ölkə arasında dialoqun davam etdirilməsi və inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir.

Səfər çərçivəsində N.Modi N.Şərifin Laxordakı evinə gedərək onun qız nəvəsinin toyunda iştirak edib, gənclərə xeyir-dua verib.

Bu, 2004-cü ildən bəri Hindistan Baş nazirinin Pakistana ilk səfəridir.
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed