Şrift:
ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ üzrə xüsusi iclas keçiriləcək
05.04.2016 [10:10] - Xəbərlər, Siyasət
Aprelin 5-də Vyanada ATƏT-in Daimi Şurasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun üzvlərinin iştirakı ilə xüsusi iclası keçiriləcək.

Bu barədə təşkilatın məlumatında bildirilir.

İclasda Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriyo (Fransa) Dağlıq Qarabağda hazırkı vəziyyət və münaqişənin nizamlanma yolları istiqamətində növbəti addımlar barədə Şuranı məlumatlandıracaqlar.

Bundan əlavə, gün ərzində Minsk qrupuna daxil olan ölkə nümayəndələri arasında görüş və məsləhətləşmələr baş tutacaq.

Xatırladaq ki, Minsk qrupuna Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed