Şrift:
Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib
19.05.2016 [00:04] - Gündəm, Siyasət
Mayın 18-də müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında NATO Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" və "Uyarlılıq Platforması" formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşlərdə Əfqanıstan İslam Respublikasındakı NATO-nun "Qətiyyətli Dəstək" missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən "Uyarlılıq Platforması" çərçivəsində tərəfdaşlarla uyarlılığın artırılması, fərdi uyğunlaşdırılmış yol xəritəsinin tətbiqi, resursların səmərəli idarə edilməsi və hərbi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilib.

Səfər zamanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed