Şrift:
Azərbaycan XİN ABŞ-dakı dəhşətli silahlı hücumu pisləyir
13.06.2016 [13:04] - Gündəm, Siyasət
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-dakı dəhşətli silahlı hücumu pisləyir.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq.

Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed