Şrift:
AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin məqsədi məlum oldu
15.06.2016 [01:03] - Gündəm, Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda iyunun 15-17-də Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində AŞPA həmməruzəçiləri Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə, o cümlədən vətəndaş cəmiyyətinin, mətbuat və Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəklər.

Səfər çərçivəsində həmməruzəçilər və belçikalı deputat Alan Destexe həmçinin müşahidəçi qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə monitorinq keçirəcəklər.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed