Şrift:
Moskva Türkiyənin qanuni rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır
16.07.2016 [13:32] - Xəbərlər, Siyasət
Moskva Türkiyənin qanuni seçilmiş rəhbərliyi ilə konstruktiv əməkdaşlığa hazırdır. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Moskva həmçinin, Türkiyə hakimiyyətini və xalqını ölkədə olan problemləri güc tətbiq etmədən, Konstitutsiya qaydalarına hörmət etməklə həll etməyə çağırıb.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Qiyamçı hərbçilərdən isə 104 nəfər həlak olub. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı 700 nəfərə çatıb.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed