Şrift:
Sergey Şoyqu Azərbaycana gəldi
15.08.2016 [00:37] - Gündəm, Siyasət
Bu gün Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

"RİA Novosti"-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko bildirib.

Onun sözlərinə görə, səfər zamanı hərbi-texniki əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Gözlənilir ki, Sergey Şoyqu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə danışıqlar aparacaq.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed