Şrift:
Nəqliyyat Agentliyi: Taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq
15.08.2016 [14:50] - Gündəm, Siyasət
Bakıda fəaliyyət göstərən taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq. Bunu Bakı Nəqliyyat Agentliyinin baş drektorunun müşaviri Mübariz Abbasov deyib.

O bildirib ki, monitorinqin məqsədi taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verməsini müəyyən etməkdir.

M.Abbasov bildirib ki, Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iri tutumlu avtobuslar var: “Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrinə, eyni zamanda, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir”.
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed