Şrift:
Azərbaycanda referendumu izləyəcək AŞ PA missiyasının tərkibi bilindi
21.09.2016 [10:34] - Gündəm, Siyasət
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu müşahidə etmək üçün qiymətləndirmə missiyası göndərəcək.

AŞ PA-nın verdiyi məlumata görə, missiya Azərbaycan hökumətinin dəvəti əsasında baş tutacaq.

Makedoniyalı Aleksandr Nikoloskinin rəhbərlik edəcəyi müşahidə missiyasına italiyalı Andrea Riqoni, bolqarıstanlı Yanaki Stoilov, ispaniyalı Antonio Qutierres, polşalı Dominik Tarçinski, eləcə də Azərbaycan üzrə məruzəçilər - avstriyalı Ştefan Şennak və rumıniyalı Sezar Florin Preda daxildir.

Missiyanın səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, həmçinin Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və medianın təmsilçiləri ilə görüşəcəyi bildirilir.

Səsvermə günü məntəqələrini gəzəcək AŞ PA nümayəndələri referendumun ilkin nəticələrinə dair mətbuat konfransı da keçirəcəklər.
Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed